Zaur ölkədən getməsinə
Şou-biznes 17 May 2025 19:47:00 77 0
Tanınmış aparıcı Zaur Bəxşəliyev son günlər mediada və sosial şəbəkələrdə onun və həyat yoldaşı Günay Bəxşəliyevanın ölkəni tərk edəcəkləri ilə bağlı yayılan məlumatlara sərt şəkildə münasibət bildirib. Son.az xəbər verir ki. Zaur yayılan iddiaların tamamilə əsassız və yalan olduğunu deyib:
Bu haberi de oku: "Deyirdilər ki, gözlərin axır, səni işə götürə bilmərik"
"Hara gedirik? Bunu kim uydurub? Biz müğənni də deyilik ki, toylarımızın qabağını alsınlar. Bu cəfəng xəbərləri necə uydururlar, başa düşə bilmirəm. İki il əvvəl də bu cür xəbər yayılmışdı, o zaman da ATV təkzib etmişdi. Özünü peşəkar adlandıran insanlar belə yalan məlumatları niyə qabardır? Bizi tanıyan, çalışdığımız kanalın abu-havasını bilənlər anlayır ki, bu xəbərlərin məqsədi nədir."
Zaur Bəxşəliyev bildirib ki, onların ölkəni tərk etmək fikri yoxdur:
"Biz heç yerə getmirik, harasa getmək niyyətimiz də yoxdur. Biz vətənimizi sevirik. Bəli, gəzməyə gedirik. Əgər hansısa planımız olsa, açıq deyərik."