Myanmada güclü zəlzələ oldu


Dünya 17 May 2025 21:37:00 89 0

Myanmada güclü zəlzələ oldu

Myanma ərazisində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri 1,2 milyon insanın yaşadığı Mandalay şəhərindən 85 kilometr cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə olub.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Son.az