Ukraynada avtobus PUA ilə vuruldu


Dünya 17 May 2025 11:51:00 59 0

Ukraynada avtobus PUA ilə vuruldu

Rusiya ordusu Ukraynanın Sumı vilayətinə pilotsuz uçuş aparatları ilə hücum edib.

Son.az xəbər verir ki, bu barədə Sumı vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov video müraciətində bildirib.

Hücum zamanı mülki şəxsləri daşıyan avtomobil atəşə məruz qalıb. 

Hadisə nəticəsində 9 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Xilasetmə əməliyyatı davam edir.