Putin və Zelenski bir araya gələ bilər
Dünya 17 May 2025 21:00:00 65 0
Rusiya və Ukrayna arasında davam edən müharibənin fonunda liderlər səviyyəsində görüş ehtimalı yenidən gündəmə gəlib.
Bu haberi de oku: 1 milyon fələstinli Liviyaya köçürüləcək
Son.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlamasına əsasən, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün keçirilməsi mümkündür - lakin bunun üçün əvvəlcə müəyyən razılaşmalar əldə olunmalıdır.
"Hər iki tərəfin nümayəndə heyətlərinin işi nəticəsində müəyyən razılıqlar əldə olunarsa, belə görüş mümkündür. Biz bunu mümkün hesab edirik", - deyə Peskov bildirib.
Bu açıqlama, Türkiyənin ev sahibliyi ilə keçirilən Türkiyə-ABŞ-Ukrayna və Türkiyə-Rusiya-Ukrayna formatlarında baş tutan üçtərəfli görüşlərdən sonra səsləndirilib. Sözügedən görüşlərdə əsas müzakirə mövzuları atəşkəs, əsir mübadiləsi və liderlərin mümkün görüşü olub.
Fidan Son.az