Orqanlarını internetdə satmaq istəyən şəxs saxlanıldı


Dünya 17 May 2025 20:25:00 85 0

Orqanlarını internetdə satmaq istəyən şəxs saxlanıldı

Qazaxıstanın Aktobe vilayətində daxili orqanlarını internetdə 15 milyon tengəyə (təxminən 29,5 min dollar) satmaq istəyən şəxs hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək saxlanılıb. Son.az xəbər verir ki, həmin şəxs Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı onlayn monitorinq zamanı aşkarlanıb.

Faktla bağlı "insan orqanlarının qanunsuz alqı-satqısı" maddəsi üzrə cinayət işi açılıb. Bu əməlin cəzası beş ilə qədər azadlıqdan məhrumetmə ola bilər.