Süni intellektlərlə işləyən klinika yaradıldı Həkim yox, Aİ var
Digərləri 17 May 2025 13:14:00 73 0
Çinli tibbi texnologiya startapı "Synyi AI" süni intellektin xəstələrə diaqnoz qoyduğu ilk klinikanı istifadəyə verib.
Bu haberi de oku: Bazar gününün HAVASI
Son.az xarici mediaya istinadla xəbər verir ki, startap bu layihəni Səudiyyə Ərəbistanının Əl-Ahsa bölgəsində ölkənin Almoosa Sağlamlıq Qrupu ilə birgə həyata keçirib. Klinikanın əsas məqsədi - tibbi xidmətin ilkin mərhələsində insan həkimlərini süni intellektlə əvəz etməkdir.
"Dr. Hua" adlanan süni intellekt sistemi xəstələrlə qarşılıqlı əlaqəyə girərək onların simptomlarını toplayır, görüntüləri təhlil edir və sonda insan həkiminin nəzərdən keçirdiyi bir müalicə planı hazırlayır. Sözügedən sistem tablet kompüterlər vasitəsilə istifadə olunur. Əvvəlcə simptomlar toplanır, daha sonra suallar verilir və rentgen və kardioqram kimi nəticələr təhlil olunur. Nəticədə ortaya çıxan diaqnoz insan həkimi tərəfindən təsdiqlənərək rəsmiləşdirilir.
"Synyi AI"nin baş direktoru Zhang Shaodian bildirib ki, layihə süni intellektin təkcə köməkçi deyil, müstəqil diaqnostik gücə malik olduğunu nümayiş etdirməyi hədəfləyir.