Ərdoğan Azərbaycanla bağlı 3 sazişi təsdiqlədi
Digərləri 17 May 2025 14:54:00 63 0
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan üç mühüm sazişi təsdiqləyib.
Son.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin rəsmi dövlət nəşri olan "Rəsmi qəzet"də yayımlanıb.
Sənədlər turizm, su ehtiyatlarının idarə olunması və baytarlıq sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini əhatə edir. Qeyd olunur ki, bu sazişlər 2024-cü ildə müxtəlif tarixlərdə - 15 noyabrda Bakı, 8 mayda Ankara və 19 fevralda yenidən Ankara şəhərlərində imzalanıb.
Kaynak: milli.az