Əhaliyə xəbərdarlıq: mayın


Digərləri 17 May 2025 13:26:00 69 0

Əhaliyə xəbərdarlıq: mayın

Mayın 18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Son.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Siyəzən, Şabran, Qobustan, Qusar, Neftçala, Salyan, Daşkəsən, Goranboy, Kəlbəcər, Laçın, Cəlilabad, Biləsuvar, Yardımlı, Lerik, Astara, Masallı, Lənkəranda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.