ABŞdə oxuyan azərbaycanlı tələbələrin sayı artıb
Digərləri 17 May 2025 12:55:00 58 0
Son dörd il ərzində ABŞ-də oxuyan azərbaycanlı tələbələrin sayı sabit şəkildə artmaqdadır.
Bu haberi de oku: İmamoğlunun həbs müddəti uzadıldı
Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Huqo Gevara Bakıda keçirilən "EducationUSA" təhsil sərgisində çıxışı zamanı bildirib.
"Bizi o fakt sevindirir ki, ABŞ dünyanın hər tərəfindən tələbələr seçən ölkə olaraq qalmaqdadır. Ötən il 1,1 milyondan çox xarici tələbə Amerika universitetlərindən təhsil alıb. Onların arasında 1100 nəfər Azərbaycandan olub ki, bu da əvvəlki illə müqayisədə 25 faiz çoxdur. Bundan başqa, son dörd il ərzində ABŞ-də oxuyan azərbaycanlı tələbələrin sayı sabit şəkildə artmaqdadır", - deyə o bildirib.
Onun sözlərinə görə, son onillik ərzində Azərbaycandan olan 8 mindən çox tələbə ABŞ-də ali təhsil alıb, vətənlərinə geri dönərək, aldıqları bilikləri praktikada tətbiq edib.
"Düşünürəm ki, Amerika təhsilinin onlara verdiyi təcrübə və yaratdığı imkanların sayəsində onlar öz ölkələrinin gələcəyinin vacib bir hissəsinə çevrilirlər", - deyə o bildirib.