Xalq artisti: "Məni övladlığa vermişdilər, ataanamdan doğmalıq görmədim"
Şou-biznes 16 May 2025 15:11:22 85 0
Xalq artisti Mələkxanım Əyyubova etirafı ilə diqqət çəkib.
Bu haberi de oku: Əməkdar artist: "Əməliyyatda həkim burnumu qırdı"
Son.az xəbər verir ki, o ilk dəfə ailə sirrini bölüşüb.
Belə ki xanəndə uşaq vaxtı ailəsinin onu övladlığa verdiyini bildirib.
"Ailəmizdə bibimi çox istəyirdilər. Onun övladı olmurdu. Böyük bacımı və qardaşlarımı övlad kimi ona vermişdilər. Ancaq böyük olduqları üçün gedib qalmayıblar. Öz ailələrini tanıyırdılar. Bibim məni çox əzizləmişdi, o qədər sevgi vermişdi ki, öz ailəm barədə deyilənlərə qulaq asmadım. Ona ana kimi öyrəşmişdim. Ata-anamdan incik idim. Uşaq vaxtı biruzə verməsəm də, onlardan övlad doğmalığını görə bilmədim. Bibim buna icazə verməyib. Onlara bağanacağımdan, geri qayıtmağımdan qorxurdu.