"Vəziyyət nəzarətdən çıxırdı, bu səbəbdən öldürdülər” Şok İDDİA


Şou-biznes 17 May 2025 01:01:00 58 0

"Vəziyyət nəzarətdən çıxırdı, bu səbəbdən öldürdülər”  Şok İDDİA

Dünya ulduzu Cennifer Lopezin uzun illərdir birlikdə çalışdığı prodüser və ssenarist Elain Qoldsmit-Thomas ilk romanı olan "Climbing in Heels"də Hollivudun bilinməyən tərəflərini üzə çıxarıb. 

Son.az xarici mətbuata istinadən xəbər verir ki, o, 1980-ci illərdə yaşadığı qorxulu bir hadisəni dilə gətirib.

Qoldsmit-Thomas Merilin Monronun ölümü ilə bağlı dəhşətli iddia irəli sürüb.

Cavanlığında "Villiam Morris" Agentliyində işləyərkən, yaşlı bir kişinin ofisə gəldiyini xatırladan prodüser, həmin şəxsin ona olan sözlərini deyib:

"Merilini öldürdülər. Mən istəmədim. Onu sevirdim. O, mənə "Əmi Milton" deyirdi. Amma vəziyyət nəzarətdən çıxırdı. Bu səbəbdən öldürdülər". 


Habere ait fotoğraf