“Avroviziya2025”də bu ölkələr finala çıxdı


Şou-biznes 16 May 2025 10:06:00 53 0

“Avroviziya2025”də bu ölkələr finala çıxdı

İsveçrənin Bazel şəhərində "Avroviziya-2025" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Son.az xəbər verir ki, nəticələrə əsasən mahnı müsabiqəsinin daha 10 finalçısı müəyyənləşib.

Finala vəsiqə qazanan ölkələr bəlli olub.

İsrail, Litva, Danimarka, Avstriya, Lüksemburg, Finlandiya, Latviya, Malta, Yunanistan və Ermənistan finala keçib.

Müsabiqənin finalı mayın 17-də Bazel şəhərində baş tutacaq. Finalda 26 ölkə mübarizə aparacaq. Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və ev sahibi İsveçrə birbaşa finala çıxıb:

Norveç

Albaniya

İsveç

İslandiya

Niderland

Polşa

San-Marino

Estoniya

Portuqaliya