“Putin mənim də İstanbulda olmağımı istəyir"


Dünya 14 May 2025 17:08:00 76 0

“Putin mənim də İstanbulda olmağımı istəyir"

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarında iştirak edib-etməyəcəyini müzakirə edib.

Son.az xəbər verir ki, Tramp "Air Force One" təyyarəsində jurnalistlərə açıqlama verərək bildirib:

"Putin mənim orada olmağımı istəyərdi və bu mümkündür... Mən bilmirəm, əgər mən orada olmasam, o orada olacaqmı? Biz bunu öyrənəcəyik", - deyə ABŞ prezidenti qeyd edib.

Tramp Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların müzakirə olunduğunu vurğulayıb, bununla bağlı qərarın hələ verilmədiyini bildirib.