Nə edək ki, çiyələklər tez xarab olmasın?


Digərləri 13 May 2025 21:30:00 81 0

Nə edək ki, çiyələklər tez xarab olmasın?

Çiyələklərin çürüməsinin qarşısını almaq üçün onları düzgün şəkildə yumaq, saxlamaq və istifadə etməklə ömrünü xeyli uzatmaq mümkündür.

Son.az bildirir ki, bunun üçün aşağıdakı üsulu tətbiq edə bilərsiniz:

Çiyələkləri alandan sonra əvvəlcə dərhal yuyub saxlamayın. Əgər dərhal yeməyəcəksinizsə, quruca saxlayın. Lakin əgər yumaq istəyirsinizsə, sirkəli su ilə yuyun: 1 stəkan ağ sirkə və 3 stəkan su qarışdırın, çiyələkləri bu qarışımda 5 dəqiqə saxlayın. Bu, çiyələklərin üzərindəki bakteriyaları və kif toxumlarını öldürür.

Daha sonra çiyələkləri yaxşıca durulayın və tam qurumasını gözləyin. Nəmişlik çürüməni sürətləndirir. Quruduqdan sonra çiyələkləri mətbəx kağızı sərilmiş, hava keçirməyən qapaqlı qutuda soyuducuda saxlayın. Qutunun dibinə salfet qoymaq artıq nəmliyi çəkəcək və çürümənin qarşısını alacaq.

Əlavə olaraq, saplarını çıxarmadan saxlayın, çünki bu da çiyələyin daha uzun müddət təzə qalmasına kömək edir.

Əgər tez xarab olan çoxlu çiyələyiniz varsa, onları doğrayıb donduraraq da saxlaya bilərsiniz.