Telefonu məhv edən 10 vərdiş Təhlükəlidir


Digərləri 14 May 2025 02:02:00 76 0

Telefonu məhv edən 10 vərdiş  Təhlükəlidir

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmiş smartfonlar düzgün istifadə olunmadıqda ciddi təhlükə mənbəyinə çevrilə bilər. Xüsusilə şarj zamanı edilən bəzi səhvlər cihazın sıradan çıxmasına, hətta yanğına səbəb ola bilər. Əksəriyyətimizin adi vərdiş kimi qəbul etdiyi bu davranışlar həm telefonun ömrünü azaldır, həm də həyat və əmlak üçün risk yaradır.

Son.az xəbər verir ki, aşağıda təqdim etdiyimiz siyahıda smartfonunuzu yandıra və ya zədələyə biləcək 10 təhlükəli şarj səhvi yer alıb. Bu səhvlərdən xəbərdar olmaq və onlardan uzaq durmaq telefon təhlükəsizliyi baxımından olduqca vacibdir.

Orijinal olmayan şarj cihazından istifadə

Keyfiyyətsiz və ucuz adapterlər cərəyan dəyişkənliyi yaradır, bu da batareyanın həddindən artıq qızmasına və yanğına səbəb ola bilər.

Telefonu uzun müddət şarjda saxlamaq (gecə boyunca) Batareya dolduqdan sonra da cihazın şarjda qalması qızmaya və batareya ömrünün azalmasına səbəb olur.

Zədələnmiş və ya köhnə kabeldən istifadə Qırıq və ya əyilmiş kabellər qısaqapanmaya gətirib çıxara bilər, bu da cihazın zədələnməsi və ya alışması ilə nəticələnə bilər.

Telefonu örtülü səthdə şarj etmək Yastıq, yorğan və ya divanın üzərində şarj etmək istiliyin xaricə çıxmasına mane olur və yanğın riski yaradır.

Telefonu tam boşalana qədər istifadə etmək Batareyanı sıfıra endirmək lityum-ion batareyalarda kimyəvi sabitliyi poza bilər, bu da təhlükəli nəticələr doğura bilər.