Hər gün iylədiyi bu şeyə görə xəstəliyə tutuldu, ağciyəri çökdü FOTO


Digərləri 14 May 2025 01:01:00 65 0

Hər gün iylədiyi bu şeyə görə xəstəliyə tutuldu, ağciyəri çökdü  FOTO

Qəfil başlayan öskürək tutması ilə gecəni təcili yardım otağında keçirən kişi ağciyərlərinin çökdüyünü öyrənib.

Son.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən ekspertlər qorxulu həqiqəti üzə çıxarıblar.

Çinin cənub-qərbindəki Chongqing şəhərində öskürək tutması ilə kişi xəstəxanaya aparılıb və həkimlər dərhal müdaxilə edib. "Bronxoskopiya" əməliyyatı nəticəsində orta yaşlı kişinin sağ ağciyərində ciddi infeksiya olduğu məlum olub. Amma bu adi infeksiya deyildi. Məlum olub ki, həmin adam rütubətli yerlərdə böyüyən kif növü olan "Aspergillus"un törətdiyi ağciyər xəstəliyi növü olan "Aspergilloz" xəstəliyinə tutulub.

Həkimlər dərhal kişinin bu xəstəliyə necə yoluxduğunu araşdırmağa başlayıblar. Onlar xəstə ilə danışdıqdan sonra şoka düşüblər. Çünki kişinin bu göbələyi tutmasının səbəbi corabları olub. Həkimlər işdən evə gələndən sonra çirkli corablarını qoxlayan kişinin corablarını yoxlayıblar və onların tərkibində xəstəni yoluxduran eyni növ kif olduğunu aşkar ediblər.