Küçədə döyülərək öldürülən məktəblinin
Digərləri 13 May 2025 21:12:00 69 0
21:12 Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.
Bu haberi de oku: "Anatolian Phoenix 2025" beynəlxalq təlimi başlayıb FOTO
Son.az xəbər verir ki, hadisə ilə bağlı Elgünün atası Baku TV-yə danışıb.
Mərhumun atasının sözlərinə görə, oğlu döyülərək tanınmaz hala salınıb.
"Axşam bacım zəng edib ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım tanınmaz halda idi. Universitetə hazırlaşırdı, bizim ümidimiz idi. Davakar uşaq deyildi, oxumağa meyilli, çox savadlı idi", - deyə o bildirib.
--------------- 16:05 Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.
E. İbrahimov bir ay sonra keçiriləcək "Son zəng" tədbirinə hazırlaşırmış.
Bildirilib ki, məktəbli şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.