Uşağınızda qaşınma, qızartı, səpki varsa, bu qidaları verməyin
Digərləri 13 May 2025 17:50:00 83 0
Son vaxtlar uşaqlar arasında allergik reaksiyalar artıb.
Bu haberi de oku: Bu universitetin dekanı vəfat etdi
Son.az xəbər verir ki, dəri səpgiləri, qaşınma, qızarıqlıq, burun axması kimi əlamətlər bir çox valideynləri narahat edir. Bu simptomlarla ev şəraitində mübarizə aparmaq bəzən çətin olur və nəticədə valideynlər həkimə üz tutmaq məcburiyyətində qalırlar.
Bir ananın dediyinə görə, altı aylıq körpəsinə ilk dəfə əlavə qida olaraq qabaq verdikdən sonra uşaqda güclü allergik əlamətlər yaranıb:
"Altı aylıq körpəm var. Əlavə qidalanmaya başladığımızda ona qabaq verdim. Yalnız 15 dəqiqə ərzində bütün bədənində səpgilər əmələ gəldi. Vəziyyətin sürətlə ağırlaşdığını görüb dərhal təcili yardım çağırdıq. Əgər vaxtında müdaxilə olunmasaydı, nəticəsi faciəvi ola bilərdi."
Uşaqlarda bu cür reaksiyaların başlıca səbəblərindən biri qəbul etdikləri ərzaqlardır.