Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? DOSYE
Digərləri 13 May 2025 17:07:00 81 0
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hərbi prokuroru təyin edilib.
Bu haberi de oku: VTB Rusiyada tibbi turizmin inkişafına dair layihəyə start verir
Bəhruz Əhmədov kimdir?
Son.az-ın əldə etdiyi məlumata görə, Bəhruz Əhmədov 4 iyul 1984-cü ildə dünyaya gəlib.
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Əslən Neftçala rayonundandır.
Peşə fəaliyyətinə prokurorluq orqanlarında başlayan Əhmədov uzun illər hüquq-mühafizə və hərbi sahədə çalışaraq ciddi təcrübə qazanıb. O, Hərbi Prokurorluğun peşəkar və etibarlı kadrlarından biri kimi tanınır.
Karyerası ərzində müxtəlif məsul vəzifələrdə çalışan Bəhruz Əhmədov, bir müddət Qazax rayonunun Hərbi prokuroru və daha sonra Hərbi Prokurorluğun İstintaq İdarəsinin rəisi vəzifələrində fəaliyyət göstərib. Yeni təyinatı ilə Azərbaycanın hərbi ədalət sistemində mühüm rola sahib olacaq.
Kənan Son.az