3 manatlıq kabab nə ətindəndir?


Digərləri 13 May 2025 14:15:00 85 0

3 manatlıq kabab nə ətindəndir?

Şəhərin müxtəlif yerlərində 3 manata kabab elanlarına rast gəlirik. Bu məbləğə kabab təklif edənlər hətta çörək və çatdırılmanı da pulsuz edirlər.

Bəs reallığa əsasən, ətin qiyməti baha olduğu zamanda kababçılar 3 manata kababı necə təklif edirlər? 

Son.az xəbər verir ki, quzu ətinin qiyməti 20 manat, dana ətinin qiyməti 15 manat, antrikotun qiyməti isə 20 manatdır. 

Satıcıların sözlərinə görə isə yaşlı mal ətinin qiyməti 11-12 manata olur. Körpə mallar 15-16 manatdır.

Kababçılar isə qiymətin ucuz olmasını ətin öz fermalarından gəldiyinə görə bildirirlər.