Uşaqlar hansı hallarda anadan alınır?


Digərləri 13 May 2025 13:43:00 75 0

Uşaqlar hansı hallarda anadan alınır?

Təəssüf ki, boşanma tək maddi yox mənəvi itkilərə də səbəb olur. Bu hal ən çox uşaqlara təsir edir. Qanunvericiliyə görə, uşağın yaşı azdırsa, əksər hallarda ananın himayəsində qalır. 

Bəs hansı hallarda uşaq anadan alına bilər? 

Məsələ ilə bağlı Son.az-a hüquqşünas Elminaz Qafarova açıqlama verib:

"Uşaq müəyyən yaşa çatdıqda məhkəmədə onun da fikri nəzərə alınır. Qanunda uşağın fikir bildirməsi üçün 2 yaş həddi müəyyən olunub. Hansı ki biri mütləq qaydada nəzərə alınır, digəri isə uşağın mənafeyi nəzərə alınır. Uşağın 7 yaşı olduqda uşağın ananın ya atanın yanında qalmasını bildirdikdə məhkəmə bu halı nəzərə ala bilər. Yəni şərt deyil ki, 10 yaşına çatmış uşaq müstəqil qaydada atanı ya ananı seçməsi haqda bir arzusunu bildirərsə, məhkəmə mütləq qaydada bu arzunu nəzərə alır. Sözsüz ki, burda uşağın mənafeyi nəzərə alınır".