Putindən Ukraynaya Türkiyə ilə bağlı TƏKLİF
Dünya 11 May 2025 09:18:00 108 0
Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların yubanmadan mayın 15-də İstanbulda başlanmasını təklif edib.
Bu haberi de oku: Tramp: "Putinlə görüşəcəyəm"
Son.az xəbər verir ki, Rusiya lideri mövqeyini Kremldə keçirilmiş mətbuat konfransında ifadə edib.
"Təklif edirik ki, danışıqlar ləngimədən, gələn cümə axşamı, mayın 15-də İstanbulda başlansın. Əvvəllər keçirildiyi və dayandırıldığı yerdə. Məlum olduğu kimi, türkiyəli həmkarlarımız dəfələrlə belə danışıqların təşkilində kömək təklif ediblər və Prezident Ərdoğan onların təşkili üçün çox iş görüb", - ölkə başçısı qeyd edib.
O həmçinin sabah türkiyəli həmkarı ilə danışıqlar aparacağını açıqlayıb.
"Mən ondan Türkiyədə danışıqların keçirilməsi üçün belə bir imkan yaratmasını xahiş etmək istəyirəm", - Putin söyləyib. /"Report"