Bu şəxslərə ömürlük 1500 manat verilir


Digərləri 09 May 2025 15:13:00 74 0

Bu şəxslərə ömürlük 1500 manat verilir

Xəbər verdiyimiz kimi, bir qrup mədəniyyət və elm xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. Bunun bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin fərdi təqaüdü nədir? Kimlərə verilir?

Son.az globalinfo.az-a istinadən xəbər verir ki, bu təqaüd Azərbaycanın ədəbiyyat və incəsənət xadimləri ilə yanaşı, ölkəmizin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə verilir.

Təqaüdün məbləği 1500 manatdır və ömürlük verilir.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, vəsait plastik bank kartları vasitəsilə yalnız nağdsız qaydada ödənilir.

Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.