Türkiyə 40 illik fəlakətdən xilas olur


Digərləri 09 May 2025 14:50:00 88 0

Türkiyə 40 illik fəlakətdən xilas olur

PKK-nın fəaliyyətinə son qoyulacağı açıqlanıb - Fəaliyyətin dayandırılması ilə bağlı qərar qəbul olunub

Türkiyədə uzun illərdir terror fəaliyyəti ilə tanınan PKK terror təşkilatı 5-7 may tarixlərində 12-ci qurultayını keçirib. Qurultayda "tarixi əhəmiyyətə malik qərarların" qəbul edildiyi bildirilib.

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qurultaydan əvvəl DEM Partiyasının sözçüsü Ayşəgül Doğan tərəfindən verilən açıqlamada, "PKK-nın qurultay topladığını elan etməsi an məsələsidir. Bu, əhəmiyyətli bir addımdır və sonrakı mərhələ də önəmli olacaq" sözləri yer alıb.

Qısa müddət sonra PKK-nın rəsmi kanalları vasitəsilə qurultayın keçirildiyi və önəmli qərarların alındığı elan edilib.

Təşkilatın yaydığı açıqlamada bildirilir:

"PKK 12-ci Qurultayı 5-7 may tarixlərində uğurla keçirildi. Qurultay, bütün fəaliyyət sahələrini təmsil edən nümayəndələrin iştirakı ilə iki paralel platformada təşkil olundu. Abdullah Öcalanın qurultaya təqdim etdiyi baxış və təkliflər oxunaraq müzakirə edildi. Həmçinin PKK Mərkəzi Komitəsinin hesabatı da dinlənilərək qiymətləndirildi. Bu çərçivədə PKK-nın fəaliyyətinə dair tarixi əhəmiyyətli qərarlar qəbul olundu".