Bakıda maklerlərdən 150 minlik dələduzluq


Digərləri 07 May 2025 16:00:00 85 0

Bakıda maklerlərdən 150 minlik dələduzluq

Bakıda sənədsiz torpaq satan dələduzlar saxlanılıb.

Son.az xəbər verir ki, Xəzər rayon Binə qəsəbəsində müvafiq sənədləri olmayan torpaq sahələrinin satışı həyata keçirilib, eləcə də tikintiyə razılıq alacaqları vədi ilə insanların etibarından sui-istifadə edərək dələduzluq edilib.

Rayon Polis İdarəsinin əməkdaşları əməlləri törədən 46 yaşlı Zaman Babayev və 48 yaşlı Bərxudar Səmədov saxlayıblar.

Bu şəxslər qabaqcadan əlbir olaraq sənədləri olmayan torpaqları müxtəlif şəxslərə sataraq ümumulikdə zərərçəkənlərə 154800 manat məbləğində maddi ziyan vurublar.


Habere ait video