Müəllimlərin nəzərinə Mayın 12də başlanılır
Digərləri 08 May 2025 10:07:00 91 0
Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır.
Bu haberi de oku: Polis hər yerdə bu şəxsi axtarır
Bu barədə Son.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində çalışan təhsilverənlərin peşəkar bilik, bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə əmək qanunvericiliyinin tələbləri əsas götürülməklə müəllimlərin attestasiyası keçirilir.
Attestasiyanın ilk mərhələsi Bakı və Abşeron-Xızı regionları üzrə 47 musiqi və incəsənət məktəbinin 1759 nəfər fortepiano və musiqi nəzəriyyəsi müəllimini əhatə edib.
Kaynak: milli.az