Sumqayıtda partlayış xəsarət alan var


Digərləri 08 May 2025 10:53:00 78 0

Sumqayıtda partlayış  xəsarət alan var

Sumqayıtda emalatxanada partlayış olub.

Son.az xəbər verir ki, hadisə "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.

Sobanın partlaması nəticəsində partlayış baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.