Dünyanın “ən çirkli” pulu hansıdır?


Digərləri 08 May 2025 12:41:00 94 0

Dünyanın “ən çirkli” pulu hansıdır?

Demək olar ki, hər kəs pulun bakteriyalar üçün ideal mühit olduğunu azı bir dəfə eşidib. Bəs hansı ölkələrin pul vahidləri dünyada ən çirkli hesab olunur?

Son.az "Time Magazine and the National Library of Medicine" nəşrinə istinadən xəbər verir ki, fərqli ölkələrin banknotlarında aşkar edilən mikrob sayı ilə bağlı bəzi təəccüblü faktlar var.

Pul niyə mikroblar üçün "ev"ə çevrilir?

Banknotlar daim əl dəyişdirdiyi və müxtəlif səthlərə toxunduğu üçün mikroorqanizmlər üçün ideal mühit sayılır. Araşdırmalar göstərir ki, kağız pullar yalnız zərərsiz bakteriyalar deyil, həm də təhlükəli xəstəliklərin törədicilərini daşıya bilər. Bu mikroblar insanla və ya çirklənmiş əşyalarla təmas nəticəsində pulun üzərinə düşür.

Mikroorqanizmlər pulun üzərinə yapışaraq, onun lifli quruluşunda uzun müddət qala bilir. Əgər kağız antibakterial örtüyə malik deyilsə, bu da bakteriyaların yaşamasını asanlaşdırır. Yüksək rütubət və temperatur da mikrobların sağ qalma müddətini artırır. Bu səbəbdən, insan pul ilə təmasdan sonra əllərini yusa belə, müəyyən bakteriyalar dəri üzərində qala bilər.

Dünyanın "ən çirkli" valyutalarının reytinqi

Araşdırmalara əsasən, bütün pullar mikroblar üçün eyni dərəcədə əlverişli deyil. Məsələn, avro, Norveç kronu və Böyük Britaniya funt sterlinqi banknotları ən "təmiz" valyutalar sırasındadır. Bunun səbəbi isə bu banknotların xüsusi tərkibə malik kağızdan hazırlanmasıdır ki, bu da bakteriyaların yayılmasının qarşısını alır.

Ən çox bakteriya aşkar edilən valyutalara isə Danimarka, İsveçrə və Rusiyanın pul vahidləri daxildir. Tək bir Danimarka kronunda 40,000, İsveçrə frankında isə 32,000 bakteriya aşkar olunub.