Azərbaycanda bu şəxslərə pulsuz evlər veriləcək 120 milyonluq layihə
Digərləri 08 May 2025 15:05:00 99 0
Kəlbəcər rayonunun Zar kəndində fərdi yaşayış evlərinin tikintisinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Bu haberi de oku: Sabah 30 dərəcə isti olacaq
Bu barədə iqtisadiyyat.az Məcburi Köçkünlərin Sosial İnkişafı Fondundan məlumat əldə edib.
Bildirilib ki, rayonun 855 ailəlik Zar kənd yaşayış məntəqəsində birinci mərhələdə 547 fərdi yaşayış evinin, sosial obyektlərin, mühəhdis kommunikasiyaların, yol-küçə şəbəkəsinin tikintisi və abadlıq işlərinə başlanılır.
Fond bu işlərin icrasını "Amazone" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla müqavilə bağlayıb. Müqavilənin dəyəri 120 milyon manatdan (120.628.652,59 manat) çoxdur.
Kaynak: milli.az