Azərbaycanda ən bahalı ixtisaslar SİYAHI


Digərləri 07 May 2025 14:39:00 96 0

Azərbaycanda ən bahalı ixtisaslar  SİYAHI

Baş nazir Əli Əsədovun bu gün imzaladığı qərarla "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilib. Qərara əsasən, hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyən edilib.

Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.

Son.az xəbər verir ki, bakalavr təhsil səviyyəsi üzrə ixtisasların illik təhsil xərclərində ən yüksək məbləğ 9 min manat müəyyənləşib.