"Taksi sürücülərinin gününə ağlayıram"
Şou-biznes 30 Nis 2025 21:12:00 90 0
Əməkdar artist Elza Seyidcahan avtomobilsiz qalıb.
Bu haberi de oku: "Ana olmadan ölməkdən qorxuram" efirdə göz yaşı tökdü VİDEO
Son.az xəbər verir ki, müğənni maşınını satdığını bildirib. Son günlər taksidən istifadə edən Seyidcahan onları tənqid edib:
"Müəyyən səbəblərdən maşınsızam. Maşınım yoxdur. Taksidən istifadə edirəm. Taksi sürücülərinin gününə ağlayıram. Baxırsan 20 yaşında oğlandır və musiqidən xəbərsizdilər. Çin maşınlarından alırlar. Deyirəm ki, radionu açın. Deyir ki, Çin maşınlarında radio yoxdur. Ara mahnılara qulaq asırlar. Onlar gözəl musiqi nədir bilmirlər". (Axşam.az) Son.az