Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
Şou-biznes 01 May 2025 00:39:00 83 0
Əməkdar artist Sevinc Sarıyeva efirdə canlı oxuya bilməyən tələbəsindən danışıb.
Bu haberi de oku: Məşhur rusiyalı müğənni Ukraynada yaşayış icazəsi aldı
Son.az xəbər verir ki, o, tələbəsi barədə sərt sözlər deyib.
"Mənim yanıma gəlirdi. Ona "tələbəm" deyə bilmərəm, heç bir ayı belə tamam olmayıb. Yaxşı, çalışqan qızdır, dedim oxuyacaq. Bir də görürəm ki, Zaurun efirinə çıxıb. Verilişə zəng vurub iradımı bildirdim. Gözəl qızdır, o demək deyil ki, çıxıb oxumalısan. Bir müddət hazırlaşıb efirə çıxmalı idi. Belə olmaz".
Xatırladaq ki bir neçə gün öncə "Rəngarəng" verilişində Zəhra Muradova adlı müğənninin canlı ifası geniş müzakirələrə səbəb olmuşdu. Onun çıxışı aparıcı tərəfindən yarımçıq dayandırlmışdı.
Musa Son.az