Bu kəndin suyundan içən həkim olur "Hər evdə ən az biri var"


Digərləri 29 Nis 2025 08:08:00 87 0

Bu kəndin suyundan içən həkim olur  "Hər evdə ən az biri var"

Sivasın Kolluca kəndi 50 il ərzində yetişdirdiyi 130 həkimlə diqqət mərkəzinə çevrilib.

Son.az xəbər verir ki, Kolluca kəndi hər il yeni bir həkim yetişdirir.

Sivas şəhər mərkəzindən yalnız 19 kilometr məsafədə yerləşən və təxminən 350 nəfərlik əhalisi olan kənd özünün bu xüsusi ənənəsi ilə fərqlənir. 

Kənd sakinlərinin dediyinə görə, ətraf kəndlərdən bura sırf su içmək üçün gələnlər də var. Onlar inanırlar ki, kəndə gəlib su içsələr həkim olacaqlar.

Kəndin bu xüsusiyyəti çoxlarının marağını cəlb edir və hər il bir neçə yeni tələbə tibb fakültəsinə daxil olur.

"Bizim ailədən hər 4-5 nəfərdən biri həkim olur, dosentlər də var," deyə kənd sakini Şinasi Kumru bildirir.

Kolluca kəndinin suyu həkim olmaq istəyən gənclər üçün əslində bir növ simvolik yola çevrilib.

Fidan Son.az