Mahmud Abbas xələfini seçdi
Dünya 27 Nis 2025 10:39:00 75 0
Fələstin Prezidenti Mahmud Abbas yaxın sirdaşı sayılan Hüseyin Eş-Şeyxi müavini və mümkün xələfi təyin edib.
Bu haberi de oku: 1 milyon qoyunu daşıyan gəmi BATDI: dənizə düşən heyvanları... VİDEO
Son.az bildirir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb.
Fələstin Azadlıq Təşkilatının razılığı ilə Hüseyin Eş-Şeyx bu vəzifəyə təyin olunub.
Fələstin Azadlıq Təşkilatı yaradıldığı 1964-cü ildən sonra ilk dəfə bu il aprelin 24-də prezident müavini vəzifəsinin təsisinə qərar vermişdi.
Qeyd edək ki, 89 yaşlı Mahmud Abbas 2004-cü ildə Yaser Ərəfatın ölümündən sonra Fələstin Azadlıq Təşkilatının lideri və Fələstin prezidentidir. 64 yaşlı Hüseyin Eş-Şeyx isə Fələstin Azadlıq Təşkilatının İcra Komitəsinin Baş katibi olub. /Apa