İstanbulda zəlzələdən sonra Boğazdakı malikanələr satışa çıxarıldı
Dünya 26 Nis 2025 14:48:00 94 0
23 aprel tarixində İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra Boğaz sahilində yerləşən bir çox lüks malikanə satışa çıxarılıb.
Bu haberi de oku: Trampa meydan oxudu: Satqınlıqla bizi...
Son.az xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata əsasən, son iki həftə ərzində dəyəri milyardlarla lirə olan beş malikanə daşınmaz əmlak bazarına təqdim olunub.
Satışa çıxarılan malikanələrin əksəriyyəti 100-200 illik tarixi olan tikililərdir. Mütəxəssislər bildirirlər ki, bu bənzərsiz tarixi və estetik əhəmiyyətə malik binalar, mövcud mühəndislik standartlarına və zəlzələyə davamlılıq meyarlarına uyğun deyil.
Boğaziçi boyunca yerləşən təxminən 600 malikanənin əhəmiyyətli bir hissəsi tarixi abidə statusuna malikdir. Lakin bu status onların təhlükəsiz olduğu anlamına gəlmir. Taxtadan və ənənəvi üsullarla inşa edilən bu evlər zamanla aşınmış vəziyyətdədir.