Tramp Zelenski ilə görüşdü
Dünya 26 Nis 2025 13:35:00 74 0
ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski Romada qısa görüş keçiriblər.
Bu haberi de oku: "Pilotlu təyyarələr dərhal məhv ediləcək"
Son.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib.
Bildirilib ki, hər iki lider Roma papası Fransiskin dəfn mərasimində iştirak etmək üçün Romaya gəliblər.
Görüşün nəticələri barədə hələlik heç bir məlumat verilməyib.
Hazırda Tramp və Zelenski Vatikanda, Müqəddəs Pyotr meydanında keçirilən dəfn mərasimində iştirak edirlər.
Qeyd edək ki, Donald Trampın Volodimir Zelenski ilə görüşdən əlavə, İtaliyanın Baş naziri Corciya Meloni ilə də danışıqları planlaşdırılır.