Trampla təkbətək çox şeyi müzakirə etdik Zelenski


Dünya 26 Nis 2025 19:20:00 93 0

Trampla təkbətək çox şeyi müzakirə etdik  Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşünün təfərrüatını açıqlayıb. O, görüşü "çox simvolik" adlandırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə V.Zelenski "Telegram" səhifəsində yazıb.

"Yaxşı görüş oldu. Biz təkbətək çox şey müzakirə edə bildik. Biz deyilənlərin hamısından nəticəyə ümid edirik. Xalqımızın həyatının qorunması. Tam və qeyd-şərtsiz atəşkəs. Müharibənin təkrarlanmasından qoruyacaq etibarlı və davamlı sülh", - deyə Zelenski bildirib.