Bu məhsullar ucuzlaşdı


Digərləri 27 Nis 2025 09:28:00 75 0

Bu məhsullar ucuzlaşdı

Paytaxt bazarlarında bəzi məhsulların qiymətində enmə müşahidə edilir.

Son.az  xəbər verir ki, ötən həftə kiloqramı 5 manata satılan Qazax və Şəmkir pomidoru bu gün 3 manat 50 qəpiyə təklif edilirdi. Amma ötən ilin eyni dövrü bu məhsullar daha ucuz idi. Hazırda bazarlarda üç manatdan aşağı pomidor, iki manatdan ucuz xiyar tapmaq mümkün deyil.

Həm satıcılar, həm də alıcılar ötən illə müqayisədə tərəvəzlərin qiymətində iki-üç dəfə artım olduğunu deyirlər.

Alıcılar arasında qiymətdən razı qalanlar da, gileylənənlər də var.