İnsult keçirdi, ayılanda başqa dildə danışmağa başladı FOTO


Digərləri 25 Nis 2025 20:51:00 80 0

İnsult keçirdi, ayılanda başqa dildə danışmağa başladı  FOTO

Konyada ( Türkiyə ) dizindən əməliyyat olunan kişi insult keçirdikdən sonra başqa dildə danışmağa başlayıb.

Son.az xəbər verir ki, Danimarkada 20 il yaşayan və 10 il əvvəl ailəsi ilə birlikdə Konyaya köçən Rahmi Karademirin diz əməliyyatından iki gün sonra halı pisləşib.

Selçuk Universitetinin Tibb Fakültəsində aparılan müayinələr zamanı Karademirin beynindəki damarlardan birinin tıxandığı məlum olub.

Əməliyyatdan sonra Türk dilində danışa bilməyən Karademir illərlə istifadə etmədiyi danimarka dilində danışmağa başlayıb. Bu vəziyyət ailəsi və həkimlərdə təəccüb doğurub.