Dünyanın bölüşdürülməsinə start verildi – İlk qurban bu ölkədir
Dünya 17 Nis 2025 08:35:00 112 0
Sankt-Peterburqda yerləşən Boris Yeltsin adına Prezident Kitabxanasında Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin Yaxın Şərq və Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff arasında qapalı görüş keçirilib. Görüşün detalları ictimaiyyətə açıqlanmasa da, siyasi müşahidəçilər bu danışıqları qlobal geosiyasi proseslərin mühüm dönüm nöqtəsi kimi qiymətləndirirlər.
Bu haberi de oku: Trampa meydan oxudu: Satqınlıqla bizi...
İddialara görə, müzakirə olunan mövzulardan biri Ukraynanın taleyi ilə bağlıdır: tərəflər arasında Ukraynanın bölüşdürülməsi, yəni şərq bölgələrinin Rusiya, qərb bölgələrinin isə Qərbin, xüsusilə ABŞ-ın nüfuz dairəsində saxlanılması ehtimalı müzakirə edilib. Bu, ilk baxışda spekulyativ səslənsə də, prosesin gedişi və tərəflərin son dövrlərdəki ritorikası bu ehtimalın tamamilə əsassız olmadığını göstərir.
Belə bir razılaşmanın gündəmə gətirilməsi isə yalnız Ukrayna deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminə təsir edəcək yeni bir mərhələnin başlanğıcı ola bilər.
Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, ABŞ-ın qurulmasına start verdiyi yeni dünya düzəni beynəlxalq münasibətlər sistemini də dəyişməkdədir:
"Nə qədər ki Tramp hakimiyyətdədir, proses davam edəcək. Onun dayanması üçün Trampın impiçment edilməsi lazımdır. Ona görə də biz hələ ki dünyanın yenidən bölüşdürülməsi haqqında danışa bilərik. Birləşmiş Ştatlar bu məsələdə daha çox Rusiya ilə anlaşmağa çalışır və Çinin təklənməsini istəyir.