Bu nazirlik işçi axtarır


Digərləri 09 Nis 2025 10:27:39 154 0

Bu nazirlik işçi axtarır

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir.

Son.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. 

Bilirilib ki, 2025-ci ilin çimərlik mövsümü ərzində vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər ərizə ilə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

-şəxsiyyət vəsiqəsi;

- əmək kitabçası (olanlar üçün);

- tam orta təhsil və ya orta ixtisas təhsili haqqında sənəd;