Türkiyə üçün qorxulu xəbərdarlıq: 7 bal gücündə zəlzələ baş verə bilər
Digərləri 16 May 2025 08:38:00 54 0
Ankara Universitetinin müəllimi Prof. Dr. Gürol Seyitoğlu Konya vilayətində baş verən 5.2 bal gücündə zəlzələyə dair açıqlama verib. O bildirib ki, Tuz Gölü fay xətti 7 bal gücündə zəlzələ törədə bilər.
Bu haberi de oku: Türkiyədə 5.2 bal gücündə zəlzələ oldu
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konya vilayətinin Kulu rayonunda qeydə alınan 5.2 bal gücündə zəlzələ ətraf vilayətlərdə də hiss olunaraq böyük panikaya səbəb olub.
"Konya da, Ankara da təhlükəsiz deyil" - Seyitoğlundan xəbərdarlıq Seyitoğlu qeyd edib ki, bu bölgədə 3 əsas fay xətti birləşir:
Eskişehir fay zonası
Tuz Gölü zonası
Kırıkkale-Erbaa fay zonası
Bu fay xətlərinin qarşılıqlı əlaqəsi nəticəsində bölgə seysmik cəhətdən aktiv sayılır. Mütəxəssis deyir ki:
"Ankara da, Konya da zəlzələ baxımından təhlükəsiz bölgələr deyil. Binalar zəlzələyə davamlı tikilməlidir."