Krem, gel və şampunlardakı bu maddələr xərçəng yaradır SİYAHI


Digərləri 16 May 2025 10:50:00 53 0

Krem, gel və şampunlardakı bu maddələr xərçəng yaradır  SİYAHI

Bu maddələr qadın hormonu olan estrogeni təqlid edərək orqanizmdə hormonal tarazlığı poza bilir

Süd vəzi xərçəngi ilə bağlı dünyanın məşhur xeyriyyə təşkilatı krem və şampunlardakı bu xəstəliyi yaradan zərərli maddələri açıqlayıb.

Son.az xəbər verir ki, xeyriyyə təşkilatının açıqlamasında şampun və kremlərin tərkibindəki maddələrin insanın hormon sisteminə təsiri nəticəsində xərçəng xəstəliyini yaratma riski qeyd olunub.

"Breast Cancer UK" təşkilatının açıqlamasına görə milyonlarla qadının gündəlik istifadə etdiyi bəzi şəxsi qulluq məhsulları - məsələn, şampunlar və üz kremləri - döş xərçəngi riskini artırır.

Məlumatda qeyd olunur ki, bir çox istehlakçı bu məhsullarda tək halda zərərsiz görünən maddələrin birlikdə istifadə olunduqda dəri üzərində hormonal sistemi pozan kimyəvi maddələrə (EDC-lərə) çevrilə biləcəyindən xəbərsizdir.

"Breast Cancer UK" artıq zərərli hesab olunan bəzi kimyəvi maddələrin siyahısını və bu maddələrin hansı məhsullarda olduğunu açıqlayıb ki, qadınlar özlərini daha yaxşı qoruya bilsinlər.

Ən çox hormonal pozucu maddə - EDC - makiyaj və dırnaq laklarında tapılıb. .

Təşkilatın məlumatına görə, bu məhsullarda üç əsas təhlükəli kimyəvi maddədən azı ikisi olur: parabenlər, ftalatlar və süni ətirlər.

Ftalatlar əsasən dırnaq lakı, şampun və saç spreylərində olur və plastikləri möhkəmləndirmək üçün istifadə olunur. Amma kosmetik məhsullarda dəridən orqanizmə keçərək təbii hormonların - məsələn, estrogen və testosteronun - ifrazını və təsirini poza bilər. Bu da döş xərçəngi riskini artırır.

Xeyriyyə təşkilatı bildirir ki, bu zərərli maddələr çox vaxt məhsulun tərkibində "ətir" və ya "fragrance/parfum" adı ilə gizlədilir, çünki bu kimyəvilər qoxunun daha uzun müddət qalması üçün əlavə olunur.

Bu maddələr tək halda az miqdarda zərərsiz görünə bilər, lakin gündəlik olaraq bir neçə məhsulun birlikdə istifadəsi bu maddələrin birləşərək orqanizmə daha ciddi təsir etməsinə səbəb ola bilər. Breast Cancer UK qadınlara bu maddələri ehtiva edən məhsullardan uzaq durmağı və etiketləri diqqətlə oxumağı tövsiyə edir.

Makiyaj və Dırnaq Lakı:

Methylparaben

Ethylparaben

Propylparaben

Butylparaben

Cyclohexasiloxane

Cyclopentasiloxane

Cyclotetrasiloxane

Sodium hydroxymethylglycinate

2-bromo-2 nitropropane-1,3-diol

5-bromo-5-nitro-1,3-dioxane

Benzylhemiformal

Diazolidinyl urea

DMDM hydantoin

Imidazolidinyl urea

Methenamine

BHA

BHT

Fragrance / Parfum

Glyoxal

Dodaq boyası (Lipstick):

BHT

Kremlər və nəmləndiricilər:

benzophenone-3

benzophenone-4

ethylhexyl dimethyl PABA

ethylhexyl methoxycinnamate

4-methylbenzylidene camphor

homosalate

Octocrylene

Methylparaben

Ethylparaben

Propylparaben

Butylparaben

Cyclohexasiloxane

Cyclopentasiloxane

Cyclotetrasiloxane

Saç spreyi və boyası:

Parfum / Fragrance

Acetyl hexamethyl tetralin (AHTN / tonalide)

Benzyl salicylate

Musk ketone

Musk xylene

Diethyl phthalate

Hexamethylindanopyran (galaxolide)

Sabun və bədən yuyucuları:

Triclosan

Triclocarbon

Fragrance / Parfum

Şampun və kondisioner:

Triclosan

Triclocarbon

Fragrance / Parfum

İsmayıl Son.az