14 ildən sonra Putindən bir ilk 160 min kişini...
Dünya 02 Nis 2025 11:59:00 140 0
Rusiya Prezidenti Vladimir Putin 2011-ci ildən bəri ən genişmiqyaslı hərbi çağırış edərək 18-30 yaş aralığında 160 min kişini orduya səfərbər edib.
Bu haberi de oku: Ölümündən əvvəl bütün pullarını bu quruma verib
Son.az xəbər verir ki, Putin daha əvvəl Rusiya ordusunun ümumi sayının 2,39 milyona, aktiv hərbçi sayısının isə 1,5 milyona çatdırılmalı olduğunu bildirmişdi. Qarşıdakı üç il ərzində Rusiyanın ordu sıralarına 180 min nəfər əlavə olunacaq.
BBC-nin məlumatına görə, hər il yaz və payız aylarında çağırış həyata keçirən Moskva eyni zamanda muzdlu əsgərləri orduya cəlb etməklə yanaşı, Şimali Koreyadan da minlərlə əsgər gətirir.
2022-ci ilin fevralında Ukrayna ilə münasibətləri korlanan Rusiya bu müddət ərzində ordunun sayını üç dəfə artırıb. Ötən il ölkədə orduya çağırış yaşı 27-dən 30-a qaldırılıb.