Tramp Rusiyanı yeni tariflərlə hədələdi


Dünya 30 Mar 2025 19:18:00 116 0

Tramp Rusiyanı yeni tariflərlə hədələdi

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə qarşı qəzəbli olduğunu və hirsləndiyini bildirib.

Son.az xəbər verir ki, bu barədə Tramp "NBC News"-a müsahibəsində deyib.

Tramp Rusiyanı ikinci dərəcəli tariflər tətbiq etməklə hədələyib.

"NBC News"un aparıcısı bildirib ki, Prezident Tramp ona bir neçə saat əvvəl zəng edərək Rusiya liderinə qəzəbli olduğunu deyib:

"Tramp səhər tezdən telefon danışığında qeyd edib ki, əgər o, Ukrayna ilə atəşkəsin əldə edilməməsində Rusiyanın günahkar olduğuna inanarsa, Rusiya neftinə ikinci dərəcəli tariflər tətbiq edə bilər". (APA) Son.az