Putin və Kadırov arasında MÜNAQİŞƏ Yaxın Şərqin bununla nə əlaqəsi var?
Dünya 28 Mar 2025 12:38:00 150 0
Son aylarda Çeçenistan lideri Ramzan Kadırovla Kreml və onun lideri Vladimir Putin arasında münasibətlər kəskin şəkildə pisləşib.
Bu haberi de oku: Trampa meydan oxudu: Satqınlıqla bizi...
Son.az lent.az-a istinadla xəbər verir ki, Latviyanın "Mühüm hekayələr" nəşrinin yazdığına görə, münaqişə Kadırovun səhhətinin sürətlə pisləşməsi və onun Yaxın Şərqdəki müsəlman ölkələrindən gizli şəkildə dəstək almaq cəhdləri fonunda kəskinləşib.
Təhlükəsizlik orqanlarına və hüquq müdafiəçilərinə yaxın mənbələrin bildirdiyinə görə, ağır xəstə Kadırov qohumları üçün təhlükəsizlik zəmanəti istəyib və bu, Rusiya hakimiyyətinin sərt reaksiyasına səbəb olub.
Federal Təhlükəsizlik Xidmətinin Kadırovun müsəlman ölkələrinin liderləri ilə gizli danışıqları barədə məlumatları dərhal Putinə çatdırıb və bu, Kremldə hiddət doğurub. Nəşrin istinad etdiyi keçmiş kəşfiyyatçının sözlərinə görə, Kadırov öz hərəkətlərini Moskvadan gizlətməyə çalışıb, lakin əməliyyatçılar onun planlarını tez bir zamanda ifşa ediblər.
Ramzan Kadırovun uzun müddətdir ki, ağır xəstəliklə mübarizə apardığı məlum olub. "Novaya qazeta Avropa"nın yazdığına görə, böyrəkləri və mədəaltı vəzi ilə bağlı problemlər onun vəziyyətini xeyli çətinləşdirir və Çeçenistan rəhbəri getdikcə daha çox ictimaiyyətin diqqətindən yayınır, bu da onun xəstəliyi ilə bağlı şayiələri gücləndirir.