Putin Trampa hədiyyə göndərdi
Dünya 22 Mar 2025 12:43:00 114 0
"Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa onun rusiyalı rəssam tərəfindən çəkilmiş portretini hədiyyə edib".
Bu haberi de oku: 1 milyon qoyunu daşıyan gəmi BATDI: dənizə düşən heyvanları... VİDEO
Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff jurnalist Taker Karlsona müsahibəsində deyib.
"Prezident Putin Rusiyanın aparıcı rəssamına prezident Trampın gözəl portretini sifariş verib. Putin portreti Trampın evinə aparmağı xahiş edərək, onu mənə verdi" , - deyə S.Uitkoff vurğulayıb.
Xüsusi nümayəndə əlavə edib ki, portreti artıq ünvana təhvil verib.
Xatırladaq ki, S.Uitkoff martın 13-də Moskvada V.Putinlə görüşüb.