Bütün uğurlu insanlar bunu paylaşır – psixoloq açıqladı


Digərləri 09 Kas 2025 02:02:00 93 0

Bütün uğurlu insanlar bunu paylaşır – psixoloq açıqladı

Uğurlu insanların ortaq xüsusiyyəti təkcə istedad deyil, onların zirvəyə çatmasında çalışqanlıq, səylə çalışma və qətiyyət əsas rol oynayır.

Son.az xəbər verir ki, bu barədə psixoloq Anjela Dakvort "Mel Robbins" podkastında danışıb.

Dakvort bildirib ki, bütün uğurlu insanları birləşdirən əsas xüsusiyyət "israrlılıq və inadkarlıq" (ing. grit) adlanır və bu keyfiyyət hər kəs tərəfindən inkişaf etdirilə bilər.

Onun sözlərinə görə, zirvəyə çıxan insanlar uzun illər boyunca sevdikləri işə sadiq qalmağı bacarırlar. Bu xüsusiyyət iki əsas elementdən ibarətdir: ehtiras və səbrlə çalışma.

"İnadkarlığın mahiyyəti ondadır ki, pis günlərdə belə yenidən ayağa qalxa biləsən. Əgər uzunmüddətli məqsədlərinə qarşı ehtirasını inadla birləşdirirsənsə, deməli, sən uğura aparan əsas keyfiyyətə sahibsən", - deyə psixoloq vurğulayıb.