Gürcüstanda azərbaycanlı kriminal avtoritetin əlaltıları tutuldu
Digərləri 09 Kas 2025 00:29:00 107 0
Gürcüstan polisi Marneuli şəhərində iş adamından pul tələb edən iki şəxsi saxlayıb.
Bu haberi de oku: Sürücülərin nəzərinə!
Son.az xəbər verir ki, bu barədə "Newsgeorgia.ge" Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, təqsirləndirilən şəxslər müxtəlif cinayətlərə görə məhkum edilmiş və İnterpolun qırmızı bülleteni ilə axtarışda olan azərbaycanlı kriminal avtoritet Elmuraz Məmmədovun göstərişi ilə hərəkət ediblər.
Belə ki, onlar bu ilin sentyabr ayında avtomobil hissələri mağazasının sahibi olan şəxsin E.Məmmədova 50 min dollar pul göndərməkdən imtina etməsindən sonra onun obyektinin girişini atəşə tutublar. Həmin şəxslərin buna görə 10 min dollar aldıqları bildirilir. Mənbə qeyd edir ki, saxlanılan şəxslərdən biri 18 yaşlı gəncdir. O, daha əvvəl də Elmuraz Məmmədov tərəfindən sifariş edilmiş Laqodexi bələdiyyəsinin Kabali kəndində adı açıqlanmayan sakinə qarşı sui-qəsd planlaşdırdığına görə tutulub.
