“Azərbaycan Nəşriyyatı”na pul ayrılmamasının səbəbi bəlli oldu
Digərləri 04 Kas 2025 22:08:00 85 0
Azərbaycan Nəşriyyatı MMC-nin işi dövlət qəzetlərinin çapı ilə məhdudlaşmır. Nəşriyyat öz fəaliyyətini davam etdirəcək.
Bu haberi de oku: ABŞdə hökumət böhranı: Hava məkanı istənilən an bağlana bilər
Son.az xəbər verir ki, bu barədə Teleqraf-a "Azərbaycan Nəşriyyatı"ndan məlumat verilib.
Bildirilib ki, əvvəlki illərdə "Azərbaycan" nəşriyyatına dövlət büdcəsindən dövlət sifarişinin icrası - "Respublika", "Xalq qəzeti", "Bakinski raboçi" və "Azərbaycan" qəzetlərinin çapı üçün maliyyə vəsaiti ayrılırdı. 2026-cı ildən etibarən isə bu vəsaitin birbaşa qəzetlərə ayrılacağı planlaşdırılır.
"Azərbaycan Nəşriyyatı" MMC digər istiqamətlər üzrə dövlət büdcəsindən vəsait almır. Yəni söhbət yalnız yuxarıda qeyd olunan qəzetlərin çapı üçün ayrılan vəsaitdən gedir. "Azərbaycan Nəşriyyatı" MMC-nin işi dövlət qəzetlərinin çapı ilə məhdudlaşmır. Nəşriyyat öz fəaliyyətini davam etdirəcək",- vurğulanıb.
